“Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərin diqqətinə çatdırır ki, sabahdan tibbi maskadan istifadə etməyənlər Bakı Dəmiryol vağzalı, eləcə də digər stansiyaların ərazisinə və elektrik qatarlarına buraxılmayacaqlar.
Bu barədə QSC-nin yaydığı xəbərdarlıqda deyilir.
Bildirilir ki, sərnişinlərin bu qaydaya əməl edib-etməmələrinə nəzarəti Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin tabeliyində olan Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları yerinə yetirəcək: “Sərnişinlərimizdən özlərinin və başqalarının sağlamlıqlarına biganə yanaşmamaları, tibbi maskalardan istifadə etmələri xahiş olunur”.