10 C
Baku
Thursday, December 12, 2024

Maskın “Neuralink” şirkəti ilk dəfə insan beyninə neyroçip yerləşdirib

Yanvarın 28-də amerikalı iş adamı İlon Maskın neyrotexnologiya şirkəti “Neuralink” ilk dəfə olaraq insan beyninə neyroçip yerləşdirib. O, düşüncə gücü ilə işləyən qadcetlərdən istifadə etmək üçün nəzərdə tutulub.

“Dünən ilk dəfə “Neuralink” implantı insan beyninə yeridildi, əməliyyatdan sonra sağalma yaxşı gedir. İlk istifadəçilər bədən üzvlərinə nəzarəti itirmiş insanlar olacaq”, – deyə cənab Mask sosial şəbəkədə yazıb.

“Neuralink” sentyabr ayında çipləri sınaqdan keçirmək üçün könüllüləri işə götürməyə başlayıb. Şirkət onurğa beyninin zədələnməsi və ya amiotrofik lateral skleroz səbəbindən qol və ayaqlarında iflic olan (tetraplegiya) insanlara üstünlük verib.

Testlər zamanı xəstələrə neyron interfeys (BCI) – düşüncə gücü ilə xarici cihazları idarə etmək üçün mikroçip implantasiya edilir. Xəstələr düşüncə gücü ilə siçan kursorunu və ya kompüter klaviaturasını idarə edə biləcəklər. Test prosesi təxminən altı il çəkəcək. Bundan əvvəl çip üzərində araşdırmalar heyvanlar üzərində aparılıb.

Son xəbərlər
Digər xəbərlər