27 C
Baku
Sunday, April 28, 2024

Maskın Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb

Amerikalı milyarder, “SpaceX” kompaniyasının qurucusu və “X” sosial şəbəkəsinin sahibi İlon Maskın Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb.

Amerikalı sahibkarın mükafata namizədliyini irəli sürən norveçli deputat Marius Nilsen bunu İlon Maskın cəmiyyətdə həyatın yaxşılaşdırılmasına töhfə verən texnologiya şirkətləri qurduğu ilə əsaslandırıb.

Nobel Sülh Mükafatının qalibi oktyabr ayında elan olunacaq.

Qeyd edək ki, bundan öncə ABŞ-nin sabiq prezidenti Donald Tramp və NATO-nun Baş katibi Yens Stoltenberq də ərəb ölkələri ilə İsrail arasında münasibətlərin normallaşmasına yönələn “İbrahim Sazişi”nin imzalanmasına kömək etdikləri üçün bu mükafata namizəd irəli sürülüblər.

MənbəAZƏRTAC
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər