“Tesla” və “SpaceX”in rəhbəri İlon Maskın yenilənə bilən enerji mənbələrinin “perspektivi” haqqında “tviti” bitkoin kriptovalyutasının dəyərinin artmasına səbəb olub. Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Mən Şimali Amerikadakı bitkoin maynerləri ilə danışdım, – deyə Mask sosial şəbəkədə yazıb. Onlar yenilənə bilən enerji mənbələrinin “perspektivi” haqqında paylaşımlar edəcəklərinə söz verdilər. Perspektivli səslənir”.
Xatırladaq ki, 13 may tarixində bitkoinin ətraf mühitə təsiri barədə söhbətlər nəticəsində kriptovalyuta 31 min dollara qədər ucuzlaşıb. Bazar ertəsi günü sürətli bərpa başlayıb.
Bu, varlı investorların kriptovalyutalara olan tələbinin artması sayəsində baş verib. Eyni zamanda bitkoinin qiymət artımının katalizatorlarından biri də maliyyəçi Rey Dalio olub. Belə ki, o, müsahibələrin birində bitkoinə sahib olduğunu qeyd edib.
“MicroStrategy” şirkətinin qurucusu və baş direktoru Maykl Seylor İlon Maskı dəstəkləyib.
“Maynerlər enerji şəffaflığını təşviq etmək və dünyada davamlı inkişaf təşəbbüslərini sürətləndirmək üçün Şura qurmağa razılaşıblar”, – deyə Seylor yazıb.
Seylorun sözlərinə görə, keçən həftə baş verən çöküşdən sonra onun şirkəti 10 milyon dollara 229 BTC əldə edib. Kriptovalyutaların çökməsinin səbəblərindən biri Çin Mərkəzi Bankının rəqəmsal valyutalarla əməliyyatları qadağan etməsi olub.