13 C
Baku
Tuesday, May 7, 2024

Maskın sərvəti “Tesla”nın bahalaşması ilə $25 mlrd. artıb

“Tesla” şirkətinin qurucusu İlon Maskın sərvəti 25.6 milyard dollar (11.13%) artaraq 255.2 milyard dollara çatıb.

Banker.az xəbər verir ki, bu barədə real vaxt rejimində yenilənən “Forbes” reytinqində deyilir.

Qeyd edək ki, “Bloomberg” reytinqi Maskın sərvətinin 36.2 milyard dollar artdığını və sərvətinin 289 milyard dollara çatdığını yazıb. Hər iki reytinqdə Mask birinci yerdədir. Ondan sonrakı sıralarda “Amazon”un qurucusu Ceff Bezos və “Louis Vuitton Moët Hennessy” şirkətlər qrupunun prezidenti Bernard Arno yer alıb.

İlon Maskın sərvəti bazar ertəsi “Tesla” səhmləri 9.75% bahalaşdıqdan sonra artıb və şirkətin kapitallaşması ilk dəfə olaraq 1 trilyon dolları keçib. Beləliklə, elektromobil istehsalçısı bazar dəyəri 1 trilyon dolları ötmüş beş şirkətdən (“Apple”, “Microsoft”, “Amazon” və “Alphabet”dən əlavə) biri olub.

Bu il ərzində Mask Bezosu dünyanın ən varlı adamları reytinqində artıq bir dəfə keçib. Lakin yanvarın 12-si “Amazon”un qurucusu əvvəlki mövqeyini bərpa edib, Mask isə yenidən ikinci yerə düşüb.

Fevral ayında “Tesla”nın qurucusu yenidən “Bloomberg”ə görə liderliyi ələ keçirib, lakin sonra ikinci sıraya enib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər