25 C
Baku
Saturday, April 20, 2024

Massaçusets texnoloji institutu (MIT)

[pullquote]Şüar: «Mens et Manus»

(“Başımız və əllərimizlə”)[/pullquote]

ABŞ, Massaçusets, Kembric şəhəri

MTİ 1861-ci ildə təsis olunmuşdu. Onun tarixi Vilyam Berton Rocers tərəfindən Massaçusets texnoloji institunun və təbii tarix Boston cəmiyyətinin yaradılmasına aid nizamnamə imzalamasından başlamışdır. Vilyam Rocers ali təhsildə islahatlar aparmaq istəyirdi.

İnstitutun açılmasından qısa bir zaman sonra vətəndaş müharibəsi başlayır və MTİ-də ilk dərslər Bostonda 1865-ci ildə başlayır. İnstitutun şəxsi binasının inşası 1866-cı ildə bitir.

Zamanla institutun elmi və mühəndis hazırlığı daha çox praktiki bacarıqların qazanılmasına yönəlir.

Prezident Karl Teylor Kompton və vitse prezident Vannivar Buş 1930-cu ildə institutun proqramını kökdən dəyişirlər və kimya, fizika kimi təbii elmlərin mahiyyətini çoxaldır. Böyük Depressiya zamanındakı çətinliklərə baxmayaraq islahatlar nəticəsində institutun elmdə liderliyi və mühəndis sənətində nüfuzu artır.

İkinci dünya müharibəsi zamanı MTİ-nin akademik nüfuzu daha da artır. Çünki həmin dövrdə institutun heyəti radiasiya laboratoriyasına və digər hərbi tədqiqat proqramlarına yatırımlar edir.

MTİ İkinci dünya müharibəsinin hərbi tədqiqatlarına cəlb olunaraq bir sıra dəyişikliklərə məruz qalır. Dövlətin dəstəklədiyi tədqiqatlar nəticəsində institutun tədqiqat personalı və fiziki laboratoriyaları inkişaf edirlər. Beləliklə, aspirantlara daha çox üstünlük verməyə başlayırlar, nəinki tələbələrə.

MTİ-nin ölkənin hərbi- sənaye kompleksində iştirakı kampusda böyük səs-küyə səbəb olur. 60- 70-ci illərdə bu tədqiqatlara qarşı çıxan tələbələr və fəal müəllimlər institutunun administrasiyasından hərbi-sənaye laboratoriyalarını ayırmaqlarını tələb edir. Beləliklə, Çarlz Stark Draperin və Linkolnun laboratoriyaları yaranır.

MTİ-də formal olaraq 1870-ci ildə qadınlar və kişilər birgə oxumağa başlayırlar. Lakin buna baxmayaraq tələbə qızlar azlıq təşkil edirdilər. 1964-cü ildə MakKornik Holl qadın yataqxanasının açılması ilə vəziyyət dəyişir. 2005-ci ildə qeydə alınmış göstəricilərə görə, qadınlar tələbələrin 43%-ni, aspirantların isə 29%-ni təşkil edirdilər. 1998-ci ildə MTİ qadın müəllimlərin çoxalması səmtində islahatlar aparır. 2003-cü ildə institutun dərc etdiyi xəbərə əsasən, görünürdü ki, son illər ərzində qadınların statusu yaxşılaşıb. 2004-cü ilin avqust ayında Süzan Xokfildin, molekulyar neyrobioloqu, namizədliyini dəstəkləyirlər və o, ilk qadın vitse- prezident olur. 2004-cü ilin dekabr ayında o, institutun 16-cı prezidenti vəzifəsinə təyin olunur.

421027

İnstitutun fəlsəfəsinə görə, onun diplomunu sadəcə fəxri dərəcə kimi almaq mümkün deyil, onu sadəcə oxumaqla qazanmaq olar. MTİ-ni bitirməyin özü bir mükafatdır. Həmçinin MTİ təqaüdlər vermir. Yalnız nüfuzlu professor təqaüdlər verilir. Bu təqaüdləri qazanmaq isə çox çətindir. Məsələn, Uinston Çerçil və Salamon Ruşdi kimi şəxsiyyətlər bu təqaüdə layiq görülmüşdülər.

MTİ-də tələblərin sayı 4 mindən, aspirantların sayı isə 6 mindən çoxdur. İnstitut yataqxanada 4 illik təhsil müddətində yataqxanada yaşayışa zəmanət verir. MTİ-nin ilk qadın rektoru Süzan Hokfild olmuşdur. İnstitutda müəllimlərin sayı minə yaxındır.

İnstitutu ən məşhur müəssisələri informatika və süni intellekt laboratoriyaları, Linkolnun laboratoriyası və həmçinin idarəçilik məktəbidir.
İnstitutun bölmələri: memarlıq, dizayn, mühəndislik, elm, tibb, humanitar, sosial elmlər və incəsənət, biznes məktəb.

The Times-in versiyasına görə (2004- 2005-ci illər), dünyanın 200 ən yaxşı universitetləri arasında MTİ ikinci yeri, texnologiya və mühəndislik üzrə birinci yeri və elmdə ikinci yeri tutur.

1914-cü ildən etibarən MTİ-nin rəmzi qunduzdur. Çünki bu heyvan “təbiətin mühəndisi” hesab edilir.

MTİ məzunları arasında rekord sayda Nobel mükafatı laureatları var. Onların sayı 63 nəfər təşkil edir. Məsələn, Kofi Annan, Pol Samuelson, Filipp Şarl, Cozef Stiqlits.

Tarixi faktlar:

07. 11. 2007 tarixində MTİ-nin rəhbərliyi memar Frenk Hexrini məhkəməyə verir. MTİ-nin rəhbərliyi iddia edirdi ki, memar Stata Center binasının inşasında vacib səhvlərə yol verib. Bu binanın inşası MTİ-nə 300 milyon dollara, layihənin özü isə 15 milyona başa gəlmişdi. İnstitutun rəhbərliyinin dediklərinə görə, daha sonra binanın damının axdığı, su boruları ilə problemlərin olduğu aşkarlanmışdı.

28. 04. 2006 tarixində MİT-nin süni intellekt mərkəzinin mütəxəssisləri və Nokia şirkəti birgə gələcəyin telefon layihəsi üzərində işlədiklərini bəyan etmişdi. Onlar bir sıra elmi tədqiqat işləri apararaq telefonun gələcəkdə səs komandası ilə işləyəcəyinə nail olacaqlarını deyirlər. Həmçinin telefonun yüksək hesab xüsusiyyətləri olacaq və telefonda geniş şəkildə veb servislərindən istifadə olunacaq.

2000-ci ildə professor Ted Postop MTİ-nin admistrasiyasını Linkol Laboratoriyasında aparılan ballistik reaktiv raket sınağının tədqiqat məlumatlarını və göstəricilərini saxtalaşdırmaqda günahlandırmışdı. Bu iş üzərində istintaq hələ də davam edir.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər