10 C
Baku
Thursday, December 12, 2024

Mastercard audiobrendiqini təqdim edib (video)

Qlobal ödəniş texnologiyaları lideri sayılan “Mastercard” öz audio stilini təqdim edib.

Bu unikal musiqi kompozisiyası “Mastercard” brendi ile əlaqədar olan rəqəmsal, fiziki və səsli də olmaqla, bütün mühitlərdə tanınan bir element olacaq. Yenilik bu yaxınlarda şirkətin brend-simvol statusuna keçidini bəyan etməsi ilə bağlıdır və “Mastercard” şirkətinin inkişafı istiqamətində atılmış növbəti addımdır.

“Mastercard” hər kəs tərəfindən bəyəniləcək musiqini yaratmaq üçün tanınmış rok qrupu “Linkin Park”-ın aranjımançı və musiqiçisi Mayk Şinodu da daxil olmaqla, müxtəlif ölkələrdən musiqiçiləri, sənətkarları və yaradıcı agentlikləri bir araya gətirib. Nəticədə, janr və mədəniyyətlərdən asılı olmayaraq, hər kəs üçün yaddaqalan və unikal musiqi yaranıb.

Fərqli musiqi alətləri və dəyişən templər “Mastercard” soundtrekini bir neçə üslubda, o cümlədən opera, kinoteatr və klub tərzi səslənmə ilə yanaşı, bir sıra regional interpretasiyalarda da istifadə etməyə imkan verir. Hər vəziyyət üçün unikal olan bu melodiya – musiqi şənliklərində, səsli loqotiplərdə və zəng səslərində, zəngə cavab gözlərkən səslənən melodiya və ya alış-verişi təsdiqləyən səs olaraq da qarşınıza çıxa bilər.

Şirkətin “səsli loqotipi” ilk dəfə Mastercard Sensory Lab-da “Grammy həftəsində” amerikalı müğənni Camila Cabello-nun yer aldığı reklamla təqdim edilib. ABŞ-dakı tanıtımdan sonra “Mastercard musiqisi” Londonda keçiriləcək BRİT mükafatlandırma mərasimində səsləndirilib. Bundan başqa, Barselonada beynəlxalq mobil konqresdə də tamaşaçılara təqdim olunacaq. Əlavə aktivasiyalar, eyni zamanda səs inteqrasiyaları və priceless.com üçün “Mastercard” ağıllı dinamikası haqqında məlumat da yaxın zamanlarda ictimaiyyətə açıqlanacaq.

 

Son xəbərlər
Digər xəbərlər