7 C
Baku
Sunday, December 15, 2024

MasterCard-ın Selfie Pay xidməti özünü doğrulda biləcək?

Plastik kartların təhlükəsizliyinin təmin edilməsi asan məsələ deyil. Hazırda bir çox maliyyə təşkilatları istehsal etdikləri kartların maksimum təhlükəsizliyinin təmin edilməsinə çalışır. 

Bu yaxınlarda MasterCard şirkəti ödəniş prosesinin təhlükəsizliyini selfie vasitəsilə təmin etməyi təklif etdi. Bu funksiyanın sınaqdan keçirilmə mərhələsi artıq başlamışdır. Xidmətin 2016-cı ildə ABŞ-da, 2017-ci ildə isə qlobal şəkildə istifadəyə verilməsi planlaşdırılır.

Sistem tranzaksiyaları mobil tətbiqetmələrdə qoruyacaq. Alıcı ilk olaraq kartın nömrəsini yazmalı, sonra isə frontal kamera ilə öz şəklini çəkməlidir.

Bu şəkil MasterCard-ın serverinə düşür və sistem avtomatik olaraq həmin şəkli müştərinin qeydiyyatdan keçərkən təqdim etdiyi şəkil ilə müqayisə edir.

Hazırda Selfie Pay xidmətinin ümidləri doğruldub-doğrultmayacağı əsas müzakirə mövzusudur.

 

Son xəbərlər
Digər xəbərlər