10 C
Baku
Friday, December 13, 2024

“Mastercard” işçilərinə koronavirus peyvəndi yaranana qədər evdən işləməyə icazə veriləcək

“Mastercard” maliyyə korporasiyasının rəhbərliyi koronavirus peyvəndi yaranana qədər işçilərinə evdən işləməyə icazə verəcək.

Banker.az bu barədə “banki.ru”ya istinadən məlumat verir.

“Yaxın aylarda “Mastercard”ın bütün ofislərində evdən işləməyə davam edən işçilər üstünlük təşkil edəcəkdir və biz buna normal baxırıq. Bu seçimi dəstəkləyirik”, – şirkətin kadr məsələləri üzrə direktor Maykl Frakkaro bildirir.

Korporasiyanın nümayəndəsi qeyd edib ki, hazırda dünyada 20 minə yaxın “Mastercard” işçilərinin 90% -i evdən işləyir. Qalanları ofislərə gəlir, onlara qoruyucu maskalar taxmaq və mütəmadi olaraq hərarəti ölçmək göstərişi verilib.

Qeyd edək ki, pandemiya başlayandan dünyada artıq 4,9 milyondan çox insan yoluxub, onlardan 320 min nəfər dünyasını dəyişib. Con Hopkins Universitetinin hesablamalarına görə, təkcə ABŞ-da yoluxanların sayı 1,54 milyon nəfər təşkil edir.

Son xəbərlər
Digər xəbərlər