10 C
Baku
Thursday, December 12, 2024

“Mastercard” “McDonald’s”dan İsrailin “Dynamic Yield” startapını alır

Maliyyə korporasiyası “Mastercard” İsrailin “Dynamic Yield” startapını almaq üçün “McDonald’s” ilə müqavilə bağlayıb. Xatırladaq ki, dünyanın ən böyük “fast food” restoranlar şəbəkəsi “Dynamic Yield” şirkətini 2019-cu ildə 300 milyon dollara əldə edib.

Banker.az xəbər verir ki, “Crunchbase”in məlumatına görə, 2011-ci ildə yarandığı gündən bəri “Dynamic Yield” 83.3 milyon dollar investisiya cəlb edib. 2018-ci ilin dekabrında Rusiyanın “Sber” bankının “SBT Venture Fund II” vençur fondu startapa yatırım etdiyini açıqlayıb.

“Dynamic Yield” kastomizasiya texnologiyaları üzrə ixtisaslaşır. “McDonald’s” startapın texnologiyalarından sifarişlərin daha sürətli hazırlanması üçün istifadə edir: hava şəraiti, günün saatı və digər faktorları nəzərə alaraq müxtəlif yeməklər təklif edir.

Son xəbərlər
Digər xəbərlər