10 C
Baku
Thursday, December 12, 2024

“Mastercard”: “Nağdsız Azərbaycan” layihəsi olmasaydı, ölkə pandemiyadan rahat çıxa bilməzdi”

“Hazırda dünyada çip böhranı yaşanır, hətta plastik kart tədarükündə problemlər var”.

Bunu Bakıda keçirilən “Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı” mövzusunda 5-ci Beynəlxalq Bankçılıq Forumunda “Mastercard”ın Azərbaycandakı nümayəndəsi Erdem Çakır deyib.

“10-15 ilə yekunlaşmalı olan rəqəmsallaşma prosesi çox sürətlə həyatımıza dail olub. Mən insanların yeni dövrə çox sürətlə adaptasiya olduğunu və rəqəmsal infrasturkturun güclü olduğu Azərbaycan kimi ölkələrdə bu adaptasiyanın xüsusilə rahat olduğunu görürəm. “Mastercard” olaraq 2018-ci ildə Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyi ilə həyata keçirilən və “Nağdsız Azərbaycan” layihəsinə dəstək olduq. Bu layihə olmasaydı, ölkə pandemiyadan bu qədər rahat və sürətli çıxa bilməzdi.

Bu il “Mastercard”la AMB arasında 5 illik yeni saziş imzalanıb. Bununla da nağdsız Azərbaycanı bir addım da irəliyə – “Rəqəmsal Azərbaycan”a doğru aparacağıq. Bu “Mastercard” olaraq dünyada imzaladığımız 3 oxşar anlaşmadan biridir. Bu layihə artıq 2021-ci ildə ödəniş sistemlərnə bir sıra yeniliklər gətirib və gətirməyə də davam edəcək. Əslində Azərbaycanın ödəniş sistemləri özü kimi pandemiyadan güclü bir şəkildə çıxa bilib”, – deyə o, qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər