MasterCard plastik kart sahibləri olan müştəriləri üçün MasterCard Priceless loyallıq platforması vasitəsilə hər birinə verilən geniş imkanlardan yararlanmağı təklif edir.®

Bu tərəfdaşlıq proqramı Azərbaycanın aparıcı korporativ bankı – PAŞA Bankın POS-terminalları platformasında həyata keçirilir və MasterCard və Maestro kartlarına sahib olmağın əsas üstünlüklərindən biridir. Platforma hazırda tərəfdaş ticarət və xidmət obyektləri şirkətləri tərəfindən təklif olunan bütün bonus təkliflərini və digər imtiyazlarını bir arada toplayır.

Beləliklə, hazırda Azərbaycanda MasterCard Priceless loyallıq platformasının fəal üzvləri arasında iaşə, istehlak malları və xidmətlər, turizm və digər bu kimi seqmentlərdə təmsil olunan 70-dən çox sahibkarlıq subyekti daxildir. Ödəniş sistemi tərəfindən təqdim olunan bonus və imtiyazlardan əlavə olaraq, MasterCard ödəmə kartları ilə ödənilən mal və xidmətlərin alınması prosesində əlavə endirimlərdən yararlanmaq imkanı təklif olunur.

Belə ki, PAŞA Bankdan və ya digər maliyyə qurumlarından olan MasterCard kart sahibləri həm ödəmə sisteminin özü tərəfindən təqdim olunan MasterCard Priceless loyallıq platformasının üstünlüklərindən həm də çox sayda tərəfdaşdan əlavə endirim və bonuslardan avtomatik olaraq istifadə etmək üçün unikal bir şans qazanırlar.

MasterCard Priceless loyallıq platforması daxilində MasterCard kart sahiblərinə təklif olunan bütün güzəştlər haqqında daha ətraflı məlumat üçün keçid: https://eu.mastercard.com/a/az/qiymetsiz/

Daha ətraflı məlumat üçün PAŞA Bank Əlaqə Mərkəzinə müraciət edin: * 8123 / (+99412) 4965004 (korporativ müştərilər üçün), * 9123 / (+99412) 4965000 (fiziki şəxslər üçün). / https://eu.mastercard.com/a/az/qiymetsiz/contact/