4 C
Baku
Tuesday, December 24, 2024

Mastercard və Rabitəbank karbon kalkulyatorunu təqdim edib

®Mastercard Rabitəbankla tərəfdaşlıq çərçivəsində Azərbaycanda ətraf-mühitin dayanıqlılığı istiqamətində atılan addımları dəstəkləmək məqsədilə Karbon Kalkulyatorunu istifadəyə verib. Bu innovativ alət istehlakçılara öz təqribi karbon izlərini daha yaxşı anlamağa kömək edir. Artıq Rabitəbank vasitəsilə təqdim olunan Mastercard Karbon Kalkulyatoru azərbaycanlı istehlakçıları daha məlumatlı və ətraf-mühitə həssas xərcləmə qərarları verməyə həvəsləndirir.

İsveçrənin “Doconomy” innovasiya startapı ilə birgə hazırlanmış Mastercard Karbon Kalkulyatoru istifadəçilərə müxtəlif kateqoriyalar üzrə alış-verişlər əsasında təxmini fərdi karbon emissiyalarının aydın təsvirini təqdim edir. Bu həll daha məlumatlı alış-veriş qərarlarını dəstəkləməklə qlobal və milli dayanıqlılıq məqsədlərinə töhfə verir.

“Mastercard Rabitəbankla birgə daha dayanıqlı seçimlər etmək üçün ilhamlandıran, məlumatlandıran və bunu mümkün edən, həmçinin ətraf mühitə təsiri azaldan rəqəmsal həllər təqdim etmək öhdəliyinə sadiqdir. Rabitəbankın Karbon Kalkulyatorunu tətbiq etməsi müştərilərinə iqlim dəyişikliyini azaltmaq üçün qlobal səylərə qoşulmaq imkanı verəcək”, – deyə Mastercard-ın Türkiyə və Azərbaycan üzrə Baş Meneceri Avşar Gürdal bildirib.

FOTO 1 1 rotated

“Rabitəbank olaraq biz müştərilərimizi planetimizə müsbət təsir edən məlumatlı qərarlar verməyə təşviq etməyin gücünə inanırıq. Azərbaycanda Mastercard Karbon Kalkulyatorunu istifadəyə verməklə cəmiyyətimizin ətraf-mühitə təsirini idarə etməsinə və daha dayanıqlı bir gələcəyə töhfə verməsinə kömək edirik. Bu əməkdaşlıq Mastercard ilə birgə dayanıqlılığa və gələcək nəsillərin rifahının yüksəldilməsinə olan sadiqliyimizi nümayiş etdirir”, – deyə Rabitəbank ASC-nin İdarə Heyətinin sədri Dr. Aydın Hüseynov qeyd edib.

2 2

Milli İqlim Hədəflərinə Dəstək

Mastercard Karbon Kalkulyatoru artıq 12 ölkədə, o cümlədən Bolqarıstan, Honq Konq, Macarıstan, İtaliya, Polşa, Portuqaliya, Rumıniya, Sinqapur, İspaniya, Tayvan, BƏƏ və Böyük Britaniyada yerləşən 33 müştəri ilə fəaliyyət göstərir. 

Karbon Kalkulyatoru Mastercard-ın karbon emissiyalarını azaltmaq və qlobal iqlim tədbirlərini dəstəkləmək öhdəliyinin bir hissəsidir. Şirkət 2040-cı ilə qədər sıfır xalis tullantı hədəfinə çatmağı planlaşdırır və 2028-ci ilə qədər Mastercard şəbəkəsindəki bütün fiziki ödəniş kartlarının istehsalında ilkin olaraq PVC plastiklərindən mərhələli şəkildə imtinanı tələb edən “Dayanıqlı Kartlar Proqramı”nı hazırlayıb. Bu günə qədər 108 ölkədə 750-dən çox emitent 685 milyon kartın təkrar emal edilmiş və bioəsaslı materiallara keçidini təmin etmək üçün qeydiyyatdan keçib. Mastercard ətraf mühitin dayanıqlılığını biznesinin fəaliyyətinin mərkəzinə qoyaraq hər kəs üçün daha keyfiyyətli həyat yaratmaq üçün ilhamlandıran, məlumatlandıran və bunu mümkün edən məlumat, bilgi və texnologiya üzrə etibarlı tərəfdaş olmağı hədəfləyir.

Son xəbərlər
Digər xəbərlər