Banker.az xəbər verir ki, Mastercard şirkəti 2015-ci ildə Şimali və Cənubi Amerikada artım tempi baxımından öz əsas rəqibi olan Visa şirkətini üstələmişdi. Bununla belə, Visa şirkəti bazar payına görə (43%) liderliyini qoruyub saxlayır və öz rəqiblərini geridə qoyur.
2015-ci ildə Şimali və Cənubi Amerikada Mastercard kartlarının sayı 6% artıb. Bu göstərici Visa şirkətində 4% təşkil edirdi. Lakin bu göstərici Visa şirkətinə hər iki istiqamət üzrə ən nüfuzlu ödəniş sistemi olmağa mane olmur. Qitədə dövriyyədə 2,9 milyard ödəniş kartı var. Bu kartlardan 43%-i Visa, 26%-i isə Mastercard şirkətinə məxsusdur. Riteylerlər tərəfindən öz şəxsi brendləri olaraq buraxılan kartlar isə dövriyyədə iştirak edən ümumi kartların 23%-ni təşkil edir.
Ümumilikdə, 2015-ci il Şimali Amerika baxımından Mastercard şirkəti üçün çox uğurlu bir il olaraq yadda qalıb. Belə ki, Kanada da Mastercard kartlarının sayı 12%, ABŞ-da isə 6% artıb. Hazırda, Kanadada dövriyyədə olan kartların 40%-ni Mastercard şirkətinin buraxmış olduğu kartlar təşkil edir.