Termin kimi yeni yaransa da, mavi okeanlar həmişə bizimlə birgə olub. Yüz il əvvələ baxaraq özümüzə sual verək; “Hər birimizin tanıdığı sektorlardan hansı yüz il əvvəl tanınmamış idi”. Avtomobil, səsyazmalar, aviasiya, neft, əczaçılıq və menecment konsultasiyası kimi sahələri misal gətirərərək, onların yeni yarandığını söyləyərək cavab verə bilərik. İndi isə 30 il geriyə baxın və eyni sualı cavablandırın. Yenə də multimilyardlıq
sektorların yarandığını görəcəyik: qarşılıqlı fondlar, mobil telefonlar, biotexnologiya, endirimli pərakəndəçilik, bağlamaların çatdırılması və digərləri daxildir.
Bir neçə onillik əvvəl bu sahələrin heç biri yaranmamışdı. Hazırkı dövrdən 10-20 il sonrakı gələcəyə baxaraq, hazırda bilinməyən, amma gələcəkdə yarana biləcək nə qədər yeni-sürpriz sahələr olacaq. Gələcəyi təxmin etmək üçün keçmişə istinad edə biləriksə, onda “hələ çox “ kimi cavab veriləcək.
Şirkətlər yeni sektorlar yaratmaq və mövcud olanları yeniləməklə bağlı olduqca
böyük bacarığa sahibdirlər. Bu sahələrin təsnifləndirilməsində də böyük rol oynamışlar. Qısa bir nümunə gətirsək; yarı əsirlik yaşı olan və ABŞ da yerləşən Stentford Sektor Təsnifatı(SİC) sistemi 1997-ci ildə Şimalı Amerika Sektor Təsnifatı sistemi (NAİCS) ilə əvəz olundu. Yeni sistem sektorların sayını 10-dan 20-yə qaldırdı ki, bu da faktiki olaraq, yeni sektorların, yəni, mavi okeanların yarandığını əyani şəkildə göstərdi. Məsələn, əvvəl xidmət sahəsi artıq informasiyadan səhiyyəyə və sosial müdafiyəyə qədər 7 sahəyə bölünüb. Bu bölgü sistemlərinin standartlaşdırılma və davamlılıq üçün tərtib edildiyini nəzərə alsaq, belə əvəzləmələr mavi okeanlar yaratmağın İqtisadi mənbəyi kimi əhəmiyyətini göstərir.
Gələcəyə nəzərən biz aydın şəkildə görürük ki, mavi okeanlar artımın əsas hərəkətverici qüvvəsi kimi rol oynamaqda qalacaqdır. Oturuşmuş bazar sahələrinin yeni qırmızı okeanlarının əksəriyyətində potensiallar vaxt keçdikcə tükənir. Texnoloji irəlləyişlər təhcizatların saysız-hesabsız məhsul və xidmət çeşidi istehsal etməsinə imkan yaradıb və sektorun mənfəətliliyini xeyli artırıb. Əlavə olaraq da ümumi ticarətdə manealər azaldıqca, digər tərəfdənsə məhsul və qiymətlə bağlı istənilən informasiyanı dərhal əldə etmək mümkün olduqca, geniş bazarlar və monopoliya cənnətləri azalır. Eyni zamanda tələbdə hansı artım olduğu ilə bağlı çox az dəlil var. Yekun nəticədə isə təklifin tələbi üstələdiyi aşkarlanır.