13 C
Baku
Tuesday, May 21, 2024

“Maxi.az” filiallarını bağlayır

Elektronika və məişət texnikası mağazalar şəbəkəsi kimi tanınan “Maxi.az” şirkətinin filialları ləğv edilir.

Banker.az-a daxil olan məlumata görə, şirkət Umico marketlər üzərindən fəaliyyətini davam edəcək.

“Maxi.az” məhsulları onlayn olaraq satılacaq, filiallar isə fəaliyyət göstərməyəcək.

Xatırladaq ki, Maxi şirkəti, İntegral Plus mağazalar şəbəkəsinin əsasında qurulub. Bu şirkət 2006-cı ildən fəaliyyət göstərməyə başlayıb və hal-hazırda Azərbaycanın ən böyük elektronika və məişət texnikasının distribyutorlarından biridir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər