Bu ilin may ayında Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin orta qiyməti 77,83 dollar/barel olub.
“Report” xəbər verir ki, ötən ay əmtəə birjalarında Azərbaycan neftinin ən aşağı qiyməti mayın 2-də qeydə alınıb və 73,82 dollar/barel təşkil edib.
“Azeri LT CIF” ən yüksək qiymətə isə mayın 22-də – 81,32 dollar/barelə realizə edilib.
Xatırladaq ki, indiyə qədər Azərbaycan neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar/barel), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar/barel) qeydə alınıb.