26 C
Baku
Saturday, July 27, 2024

“Mazda” Rusiyadakı biznesini 1 avroya satıb

Yaponiyanın avtomobilqayırma korporasiyası olan “Mazda Motor” Rusiyada fəaliyyətini dayandırmağa qərar verib. Bu barədə konsernin ikinci rübə dair  maliyyə nəticələrinin hesabatında deyilir.

Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.

Şirkətin hesablamalarına görə, Rusiyadan getməklə əlaqədar konsern təxminən 12 milyard yen (82 milyon dollar) pul itirir.

Daha əvvəl digər avtomobil istehsalçıları da Rusiya bazarından çıxdığını elan edib. Onlar sırasında “Renault”, “Toyota”, “Nissan”, “Audi”, “Porsche” və digərləri olub.

Son xəbərlər
Digər xəbərlər