18 C
Baku
Thursday, April 18, 2024

MBA almağa dəyərmi?

Əslində, bir çox insan MBA dərəcəsini almağı düşünür. Bu proqram həm Qərbdə, həm də keçmiş postsovet ölkələrində populyardır. Böyük şirkətlər ən yaxşı işçilərinin təhsil haqqını özləri ödəyirlər. MBA nədir və Rusiyanın hansı təhsil müəssisələrində onu əldə etmək mümkündür? 

MBA nədir?

MBA anlayışı, təxminən 20-ci əsrin əvvəlində ABŞ-da meydana gəlmişdir. Bu təhsilin əsas vəzifəsi isə biznes üçün idarəçiləri yetişdirməkdən ibarət olub. Qısa bir zamanda MBA amerikan əmək bazarında xüsusi bir standarta çevrildi. Bu, təhsilin yüksək səviyyəsindən və tələbələrə qarşı irəli sürülən tələblərdən irəli gəlir, belə ki, ABŞ-da MBA üzrə təhsil almaq, heç də asan iş deyil. Proqram çərçivəsində tələbələrə müxtəlif dissiplinlər tədris olunur: marketinq, işçi heyətinin idarə edilməsi, maliyyə, innovasiyaların yeridilməsi və s. 

MBA proqramına qəbul olmaq üçün sizdən ali təhsil, 3 ildən az olmayan iş təcrübəsi və şəxsi keyfiyyətlərə malik olmağını tələb olunur. 

MBA kimlər üçündür?

  • Əldə etdikləri bilikləri praktikada tətbiq edən və şirkətin ümumi effektivliyini artırmaq üçün onları işçilərinə ötürən top-menecerlər.
  • Karyera yüksəlişinə nail olmaq istəyən marketinq menecerləri. 
  • Biznesini inkişaf elətdirən biznesmenlər.
  • İxtisaslarını dəyişmək istəyən mütəxəssislər və s.

MBA sizə nə verir?

Qeyd etmək lazımdır ki, MBA dərəcəsini almaq istəyən insanların əsas məqsədi təcrübə qazanmaqdır. Dərslərdə siz fəaliyyətiniz üçün əhəmiyyətli olan alətlər əldə edəcəksiniz, biznes dünyasında qarşılaşa biləcəyiniz ən mürəkkəb məsələləri həlli yolunu tapmağı öyrənəcəksiniz, dünyanın aparıcı biznes mütəxəssislərinin köməyi ilə şəxsi effektivliyi artıracaqsınız və s. Yeni münasibətlər qıracaqsınız və bəlkə də, gələcək iş ortağınızı məhz burada tapacaqsınız. Bütün bunlar karyera yüksəlişinə və nəticədə gəlirlərin artmasına kömək edəcək. 

MBA dərəcəsini almaq üçün xaricə getmək lazımdır?

Bu sualın bir neçə cavabı ola bilər, çünki hər şey sizin ehtiyaclardan asılı olaraq dəyişə bilər. Əgər biznesinizi xaricdə inkişaf elətdirməyi planlaşdırmırsınızsa, xaricə getməyini mütləq deyil. 

Təhsilin müddəti 2 il təşkil edir və heç də hər kəs işini atıb başqa bir ölkəyə getməyə hazır deyil. Düzdür, Rusiyada MBA proqramları hələ təzə-təzə inkişaf etməyə başlasalar da, onlar bir sıra üstünlüklərə malikdir:

  • AMBA akkreditasiyası ilə olan proqramlar da var, hansıki sizin həmin müəssisənin dünya biznes məktəblərinin yüksək standartlarına uyğunluğunu təsdiq edir. 
  • Coğrafi amil. Rusiya Azərbaycan ilə qonşu olan ölkələrdən biridir, Qərb ölkələri ilə müqayisədə oraya köç etmək daha asan başa gəlir. 
  • Daxili bazarın xüsusiyyətlərinin başa düşülməsi
  • Proqramlar digər xarici ölkələrlə müqayisədə daha ucuzdur və bu qiymət xarici valyuta məzənnəsindən asılı deyil. 

Rusiyada MBA dərəcəsini hansı təhsil müəssisələrində əldə edə bilərəm?

Siz MBA təhsilini Rusiyanın bir çox təhsil müəssisəsində əldə edə bilərsiniz: Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyası, Skolkovo, Ali İqtisad Məktəbi, Sinergiya və s. 

Sinergiya Universitetinin nümunəsində MBA təhsilinin təfərrüatlarını təhlil edək. Universitet sizə MBA proqramı çərçivəsində peşə hazırlığı üzrə standart diplom və AMBA proqramının (MBA Assosiasiyası) fərdi sertifikatını almağı təklif edir. Onların proqramı tələbələrə idarəetmə bacarıqlarını inkişaf elətdirmək və biznesin yaradılmasına və idarə olunmasına dair təcrübə qazanmaq imkanını verir. Təlimin müddəti 2 ildir. 

  • Executive MBA
  • MINI-MBA Strateji idarəetmə
  • MBA Maliyyə menecmenti
  • MINI-MBA İnsan resurslarının idarə edilməsi
  • MBA Marketinq və satışlar
  • MINI-MBA Bank işi
  • Dövlət və bələdiyyə idarəsi
  • Strateji idarəetmə

Biznes-təhsilin müxtəlif formaları var və hər bir şəxs rahatlıqla özünə uyğun format seçə bilər. 

Əgər daha yaxşı mütəxəssis olmaq, aparıcı ekspertlərdən praktiki biliklər əldə etmək, ideyaları generasiya etməyi və bütün problemlərin ən effektiv həlli yolunu tapmağı öyrənmək istəyirsinizsə, MBA təhsili hədəfinizə çatmağın ən yaxşı yolu olacaq. 

 

Son xəbərlər
Digər xəbərlər