10 C
Baku
Friday, December 13, 2024

MBA dərəcəsini necə almaq olar?

COVID-19 koronavirus pandemiyasının iqtisadiyyatı xaosa sürükləməsi təəccüblü deyil. Bir çox namizəd (haqlı olaraq) iş yerini tərk edib MBA almaq vaxtının olduğunu düşünsə də, bu təşəbbüsün maliyyə tərəfi ciddi problemə çevrilə bilər.

Bəli, biznes məktəblərin bir çoxunda yeni namizədləri cəlb etmək üçün təqaüddən istifadə edilir. Lakin bu il təqaüdlər təkcə abituriyentləri cəlb etmək deyil, həm də çətin iqtisadi dövrdə təhsili daha əlçatan etmək funksiyasını daşıyırlar.

Təqaüdlər iki geniş kateqoriyaya bölünür:

1. MBA-ya müraciət nəticələrinə əsaslanan nailiyyətlərə görə qrantlar/təqaüdlər.

Təqaüdlərin böyük payı əsas sənədlər paketi əsasında ödənilir. Sizin məktəbə əlavə məlumat verməyinizə ehtiyac yoxdur. Adətən təhsil müəssisələri əllərinə keçirmək istədikləri tələbələrə təqaüdlər verirlər (əksər hallarda digər məktəblər qarşısında rəqabət üstünlüyünü qazanmaq üçün).

Bu vəsait birbaşa məktəb tərəfindən ödənilir və namizədin demoqrafik və ya peşə təhsili ilə əlaqəli olmur. İkinci halda məktəb hər hansısa təşkilatla əməkdaşlıq edə bilər. Bu zaman təşkilatın istəklərinə baxmayaraq, namizədlərdən hansının təqaüd alacağına dair son qərar məktəb tərəfindən verilir.

Qəbul komissiyası ilk növbədə aşağıdakı meyarlara diqqət edir:

… Namizədlər özlərini əsl lider kimi bir və ya daha çox şəkildə sübut etməlidirlər: tədris prosesi çərçivəsində, komandada işləyərkən, ictimai və ya yaradıcı fəaliyyətlərdə.

… Abituriyentlər sponsor şirkətin missiyasına uyğun ictimai fəaliyyətlər və ya kuratorluq ilə məşğul olmalıdırlar.

… Məktəblər müxtəlif akademik və ya peşə səviyyələri, karyera hədəfləri, etnik mənsubiyyəti və ya tərəfdaşlıqları ilə şagirdlərini irəli aparmalıdırlar.

2. Tələbələrin birbaşa müraciət etdikləri təqaüdlər.

Bu imtiyazlar əsasən xüsusi namizədlər üçün nəzərdə tutulur və sənayeyə, milliyyətə, cinsə və s. kimi meyarlara bağlıdır. Belə ki, təqaüd qazanmaq üçün müraciətinizi bu tələblərə uyğun tərtib etməlisiniz.

Sizə bir neçə nümunə təqdim edirik.

The Consortium: (qeyd: təqaüd almaq üçün həmçinin tərəfdaş məktəblərə də müraciət edə bilərsiniz). 1966-cı ildən bəri The Consortium ən ağıllı MBA tələbələrinə təxminən 465 milyon dollar müavinət ödəyib. Nəzərinizə çatdırırıq ki, təhsil haqqını tam qarşılayan proqramlar da var.

The Paul and Daisy Soros Fellowship For New Americans: 90 min dollar təşkil edən bu müavinət, ABŞ-da təhsil almaq istəyən miqrantlar və onların övladları üçün nəzərdə tutulub. Bu təqaüd üçün hər il təxminən 1800 müraciət göndərilir.

Military MBA: Military MBA – MBA dərəcəsini almaqda maraqlı olan zabitlər və kiçik komandirlər üçün nəzərdə tutulmuş təhsil şəbəkəsidir.

MBA təqaüdlərinin mahiyyətini başa düşdükdən sonra, onları almaq şansınızı artırmaq üçün nə edə biləcəyinizə nəzər salaq. Sizə 4 əsas məsləhətimiz var.

1) Müraciətiniz diqqətçəkici olmalıdır.

Təqaüd qazanmaq istəyən abituriyentlər üçün yaxşı xəbərimiz var: namizədlərin biznes məktəbə müraciət göndərərkən rəhbər tutduqları qaydalar burada da keçərlidir.

Biznes məktəbləri çoxşaxəli qruplara ehtiyac duyurlar. Belə ki, qənaət etmək istəyən namizədlər essedə sahib olduqları bənzərsiz dəyərlər haqqında bölüşməlidirlər.

Nəhayət, məktəblər ən yaxşı tələbələrə təqaüd ödəməyə hazırdırlar. Bu, mükəmməl akademik müvəffəqiyyət və ya məktəbin həyatına verilən töhfələr sayəsində əldə edilə bilər.

2) Seçdiyiniz məktəblərlə yaxından tanış olun.

Qəbul komissiyası pulu sağa-sola paylamayacaqdır, buna görə təhsil almaq istədiyiniz məktəblərlə yaxından tanış olmağınız məqsədəuyğun olar (baxmayaraq ki, bu şərt deyil).

COVID-19 pandemiyası abituriyentləri kampuslara gəlməkdən çəkindirsə də, seçilmiş MBA proqramları ilə əlaqə qurmağın bir çox yolu var. Bəxtiniz gətirsə, qəbul komissiyasının nümayəndəsi ilə tanışlıq quraraq, təqaüd qazanmaq şansınızı artıra bilərsiniz.

Yox, əgər şəxsi görüş təşkil etmək mümkün olmasa, arzuladığınız biznes məktəbin nümayəndələri ilə onlayn tədbirdə iştirak edə bilərsiniz. Unutmayın: məktəb haqqında ən dəyərli məlumat mənbəyi onun tələbələridir, çünki adətən qəbul komissiyasının buna vaxtı olmur.

3) Müraciətinizi bacardığınız qədər tez göndərin.

Təqaüdlərə ayrılan ümumi məbləğ məhdud olduğundan müraciətinizi nə qədər tez təqdim etsəniz, sizin üçün bir o qədər yaxşı olar. Nəzərinizdə saxlamalısınız ki, biznes məktəblər geniş düşüncəli tələbələri cəlb etməyə çalışırlar və bu məqsədə çatmaq üçün təqaüd bölgüsünü sənəd qəbulu başlayan zaman aparılır.

Əksər hallarda üçüncü tura qədər heç bir vəsait qalmır. Qeyd etmək lazımdır ki, müəyyən hallarda təqaüd qazanmaq şansından əvvəlki ilin sonundan başlayaraq istifadə etmək mümkün olur.

4) Mümkün olan bütün istiqamətlərdə uğur qazanmağa çalışın.

GMAT/GRE nəticələri zəif olan namizədlərə tez-tez rast gəlmək olar. Əgər imtahan öncəsi az səy göstərmisinizsə, sizə potensialınızdan tam istifadə etmək üçün təcrübəli müəllim yanında hazırlaşmağı tövsiyə edirik.

Bundan əlavə, “sinifdən kənar” profilini genişləndirmək istəməyən namizədlər də çoxdur. Lakin təqaüd almağı düşünürsünüzsə, sosial və digər fəaliyyətlərdə əlavə nailiyyətlər olmadan bu məqsədin mümkünsüz olduğunu başa düşməlisiniz. Belə ki, təqaüd alanların əksəriyyəti bir neçə sahədə uğurludurlar.

Son xəbərlər
Digər xəbərlər