12 C
Baku
Wednesday, December 11, 2024

MBA qadın üçün nə dərəcədə vacibdir?

Qadınların MBA təhsili almasına 1960-cı illərdə “razılıq” verildi. Məsələn, HarvardBusinessSchool-a ilk tələbə yığımı zamanı 688 tələbədən 8-i qadın idi. Biznes təhsil statistikasına nəzər yetirsək görərik ki, təhsil alanların 30%-ni qadınlar, 70%-ni isə kişilər təşkil edir. Belə bir bərabərsizliyin əsas səbəbi ondadır ki, ilk uğurlar və karyera dövrü olan 25-35 yaşda qadın iki seçim qarşısında qalır: MBA təhsili almaq və yaxud uşaq dünyaya gətirmək.

Bir çox qadın tələbələr üçün MBA – şəxsi artım göstəricisi, şəxsi nailiyyətlərdir. Bu pilləni əldə edənlər iddia edirlər ki, təhsil zamanı əldə edilən yeni biliklər və müxtəlif vərdişlərin qazanılması biznes və təşkilati işə başqa bir nəzər nöqtəsindən baxmaq imkanı yaradır. Bu biliklər toplusu uğurun əldə edilməsi üçün əsas motivə çevrilir. Bir çox halda qadınlar işəgötürəndən asılı olmamaq və şəxsi biznesini yaratmaq üçün xaricdə MBA təhsili əldə edirlər. Və əlbəttə ki, bu zaman biznes məktəbin öz mühiti yeni tanışlıqlara, əlaqələrə səbəb olur ki, bu da bir çox imkanlar qazandırır.

Bəs biznes-məktəbi necə seçmək lazımdır?

Bütün biznes məktəblər bir-birindən fərqlənir və əlbəttə ki, bəzi təhsil müəssisələri qadınların diqqətini çəkməyi bacarır, məsələn, təqaüd almaq imkanları ilə. Təhsil proqramının seçilməsi zamanı vacib faktorlar olaraq məktəbin adı, reytinq, dərs proqramı, qiymət və gələcək perspektivlər çıxış edir. Qaydalara əsasən, bütün bu informasiyalar universitetlərin kataloqlarında öz əksini tapır.

Qadın MBA ilə nə qədər qazanır?

MBA məzunlarının əmək haqqısı sənayedən asılıdır. Məsələn, mühasib qadınlar  biznes təhsili başa vurduqdan sonra kişilərin aldığı əmək haqqının yalnız 84,7%-ni əldə edirlər. Bərabərliyin müşahidə edildiyi yeganə sahə konsaltinqdir. MBA təhsilli qadın üçün isə ən perspektivli sahə HR-dır.  Burada qadınlar kişilərdən 7,5% çox qazanır.

Karyera və şəxsi həyatı necə vəhdətdə saxlamaq olar?

Bir tərəfdən yüksək prestijli iş şəxsi həyata mane ola bilər, digər tərəfdən isə karyera da vacibdir. Lakin burada hər şey ilk baxışda göründüyündən daha asandır. Bəli, elə məzunlar var ki, nəhəng təşkilatlara ciddi şərtlər altında qəbul olurlar və “sübhdən, gecəyədək” çalışırlar. Lakin bununla yanaşı, başqa nümunələr də var. Məsələn, bir çoxları biznes-təhsili məhz ona görə əldə edir ki, karyera seçimində qətiyyətliliyə sahib olsun.

Biznes təhsil qadın üçün tək ixtisas seçimində deyil, həm də həyatda ən yaxşı köməkçidir.

Son xəbərlər
Digər xəbərlər