6 C
Baku
Monday, December 16, 2024

MBA üzrə bələdçi: Hansı məqamlara diqqət etməliyik

MBA – idarəçilər üçün nəzərdə tutulmuş təlim proqramıdır. MBA ilk dəfə ABŞ-da 20-ci əsrin əvvəllərində yaranmışdır. Top-menecerlər və idarəçilər üçün MBA yalnız əmək haqqının əhəmiyyətli dərəcədə artması deyil, həm də komanda və layihə menecmenti sahəsində bacarıqlara yiyələnmək imkanı deməkdir. Bir çox uğurlu sahibkarlar MBA təhsilini alıblar: “Severstali” nin baş direktoru Aleksey Mordaşov, vençur investor Yuriy Milner, “Apple” ın baş direktoru Tim Kuk, “Berkshire Hathaway” investisiya fonunun sahibi Uorren Baffet və digərləri. 

MBA – “networking” dir (net – şəbəkə +  work – işləmək, faydalı əlaqələr). Qeyd edək kii, bir çox tələbənin məqsədi təkcə ünsiyyətdir: onlar faydalı əlaqələr toplamaq, gələcək partnyor həmkarları ilə tanış olmaq. Bundan əlavə, qruplardakı dərslər və komandadakı iş öyrənmə motivasiyasını çoxaldır. Sinif yoldaşlarının zəif və güclü tərəflərinin təhlili idarəetmə bacarıqlarını inkişaf etdirməyə, fərqli insanlarla necə münasibət qurmağı, onlara yaxınlaşmağı öyrənməyə kömək edir.

Harvard Biznes Məktəbi bir vaxtlar təhsil proqramına biznes-keyslərin (case-studies) təhlilini daxil etmişdir. Tapşırıqlar olaraq “Apple”, “Bain & Company”, “Amazon” və “McKinsey & Company” kimi şirkətlərin keysləri götürülür. Adətən tələbələr keysləri tədqiq edirlər, həll yolları təklif edirlər, bu və ya digər addım seçməyin lehinə hərəkət alqoritmini hazırlayırlar. Tədris planında göstərilən hər mövzuya oxşar qrup layihələr mövcuddur.

Hansı proqramı seçmək lazımdır? Daha çox nələrə diqqət edilməlidir? Hər il “Financial Times” jurnalı dünyanın ən yaxşı biznes-məktəblərinin reytinqini dərc edir. Adətən bu siyahıya etalon hesab olunan MBA proqramları daxil olur: Harvard Business School, INSEAD French School Stanford Graduate Business School. Onların təklif etdiyi proqram və təhsil formatları olduqca fərqlidir. 

Məsələn:

1. EMBA (Executive MBA). Top-menecerlər və müəssisə rəhbərləri/sahibləri üçün uyğundur. Qeyd edək ki, bu kurslara qəbul olmaq göründüyü qədər sadə deyil: tələblər kifayət qədər yüksəkdir. İxtisas üzrə ümumi iş təcrübəsinin ən azı 7 il olması lazımdır, onlardan 5 ili rəhbər vəzifəsinin payına düşməlidir. Bir blokda bir-biri ilə əlaqəli olan üç-dörd fənn keçirilir. Müddət – 2 ilə qədər. 

2. Full-time MBA. Həm işləməyi, həm də oxumağı mümkünsüz edir, təhsilin əyani formasıdır. Məsələn:  London Business School, The University of Edinburgh, ESMT, European University. Müddət – 2 il. 

3. Part-time MBA. Əyani-qiyabi təhsil. Bu cür dərslər axşamlar və ya həftə sonları təşkil olunur ki, tələbələr həm işləyə, həm də oxuya bilsinlər. Müddət – 3 ilə qədər. 

Dünya sürətlə dəyişir. Pandemiya biznes-proqramlarını dəyişməyə, sahibkarları isə böhranda lazım olan bacarıqları əldə etməyə yönəlmiş qısamüddətli kurslara diqqət etməyə məcbur edib. Rəhbərlər bütün işlərini qırağa qoyub iki il gözləyə bilmirlər – mövcud şəraitdə bu baha başa gəlir. Bundan əlavə, bilik köhnəlməyə meyllidir. İndi bir çox Avropa biznes-məktəbləri uyğunlaşaraq, tədris planlarını yenidən hazırlayırlar. 

Kursların səviyyəsi və əhəmiyyəti əsasən akkreditasiyanın olub-olmaması ilə müəyyənləşir. Belə ki, ən yaxşı MBA proqramları (dünyadakı məktəblərin yalnız 1%-i) üç akkreditasiya təşkilatı tərəfindən təsdiqlənmişdir: AACSB (Association to Advance Collegiate Schools of Business), EFMD (European Foundation for Management Development) və АMBA (Association of MBAs). Lakin üç “tac” akkreditasiyası yoxdursa, bu, proqramın pis olduğunu bildirmir – ilk növbədə proqramın özünə və müəllim heyətinə baxmaq lazımdır. 

Qəbul üçün nə tələb olunur

MBA proqramlarının əksəriyyətinə qəbul olmaq üçün ali təhsil diplomu və ən azı 2-3 il iş təcrübəsi tələb olunur, ingilis dili əlavə üstünlükdür. Uğurlu qəbul ən çox beynəxalq GMAT imtahanının nəticələrindən asılıdır (keçdikdən sonra 5 il ərzində etibarlıdır). GMAT (Graduate Management Admission Test) – abituriyentin analitik bacarıqlarını qiymətləndirilməsi üçün nəzərdə tutulan test imtahanıdır. Hər il dünyada təxminən 250 min insan bu testdən keçir. 

GMAT imtahanından keçmək üçün yaxşı hazırlaşmaq lazımdır. İnternetdə bir çox sayt və materiallar var, amma öncə siz bu imtahanın quruluşunu başa düşməlisiniz. O, dörd blokdan ibarətdir:

1. GMAT (Verbal)

41 sualdan ibarətdir, onları cavablandırmaq üçün sizə 75 dəqiqə vaxt verilir. Bu bloka 3 qrup tapşırıq daxildir: mətni anlama (Reading Comprehension), tənqidi düşünmə (Critical Reasoning), cümlədə buraxılmış səhvlərin düzəldilməsi (Sentence Corection)

2. Quantitative (Math)

37 sualdan ibarətdir, onları cavablandırmaq üçün sizə 75 dəqiqə vaxt verilir. Bu, humanitar elmləri sevənlər üçün imtahanın ən çətin hissəsidir. Birinci blok tapşırığın həllinə, ikinci blok isə tapşırığın həlli üçün lazım olan məlumatların təhlilinə həsr olunub. Burada cəbr və həndəsə ilə bağlı biliklər yoxlanılır. 

3. Integrated Reasoning

12 sualdan ibarətdir, onları cavablandırmaq üçün sizə 20 dəqiqə vaxt verilir. Bu blokun əsas məqsədi tələbənin müxtəlif mənbələrdən olan məlumatları təhlil etmək qabiliyyətinin qiymətləndirilməsidir (qrafikləri təsvir etmək, cədvəlləri təhlil etmək və s.). 

4. AWA (Analytical Writing Assessment)

Məqalə əsasında kiçik essenin yazılması, bu tapşırığın yerinə yetirilməsi üçün həmçinin 30 dəqiqə vaxt verilir. Tələbə verilən mətni təhlil edərək, müəllifin fikirlərinin əleyhinə arqumentlər təqdim etməlidir. 

Bütün bunlardan əlavə, MBA-ya qəbul olmaq üçün sizdən TOEFL və ya  IELTS imtahanından keçməyi və işəgötürəndən/tərəfdaşdan aldığınız tövsiyə məktubunu tələb edə bilərlər. Növbəti addım – essenin yazılmasıdır (bəli, daha bir esse). Məsələn, “MBA təhsilini almaqda məqsədiniz nədir?”, “Ən böyük uğurunuz barədə bizə məlumat verib” və s. Yaxşı olar ki, həqiqi hədəfləriniz və ambisiyalarınız barədə yazasınız. Əgər ağlınızda hər hansı bir layihəni reallaşdırmaq varsa, fikirlərinizi bölüşün! Sizin üçün nəyin vacib olduğunu göstərin. 

MBA proqramına qəbul prosedurunun sonuncu mərhələsi müsaibədir. Müsahibədə sizdən peşə naliliyyətləri, həyat prinsipləri və MBA ilə bağlı gözləntilər barəsində soruşacaqlar (bu məlumatların bir qismini essedən götürə bilərsiniz, əgər mövzu oxşar idisə). 

Son xəbərlər
Digər xəbərlər