26 C
Baku
Wednesday, April 24, 2024

MBA üzrə qəbul komissiyasının tövsiyyəsi

Wake Forest biznes məktəbində abituriyentlərin qəbul siyasəti dəyişdirilib: hal-hazırda onlar abituriyentlərdən yalnız standart tövsiyyə məktublarını tələb etmirlər. MBA və MSA proqramları ilə qəbul olunanlar 24 saat davam edən testlərdən keçməli olacaqlar. Testlərə liderli, etik qərarların qəbul olunması və işə düzəlmək qabiliyyəti sahəsində suallar daxil olunacaq. 

Namizədləri həm biznes məktəbin müəllimləri, həm də abituriyentlərə tövsiyə verənlər qiymətləndirəcəklər.

Bu siyasət abituriyentlərə tövsiyə verilmələrini azaldacaq.

Steysi Ouenin sözlərinə görə biznes ixtisası üzrə qəbul komissiyasının başçıları belə hesab edirlər ki: «adətən tələbələrin özlərini necə qiymətləndirməsi və tövsiyyə məktubların müəlliflərinin onları qiymətləndirilməsi arasında böyük bir fərq var».

MBA və MSA proqramı üzrə qəbul olunan tələbələr qəbul olunan kimi öz üzərilərində inkişaf etməyə başlayırlar. Az sayda biznes məktəblər tələbələrin peşəkar şəkildə inkişafında qəbul komissiyasının məlumatlarından istifadə edirlər. Buna baxmayaraq Wake Forest biznes məktəbinin rəhbərliyi hesab edirlər ki, tələbələrin öz üzərilərində inkişafına diqqət yetirmək gələcək biznes liderlərinin xasiyyətinin formalaşmasında böyük rol göstərir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər