8 C
Baku
Friday, December 13, 2024

MBNP daha bir tikinti şirkətini cərimələdi

Maliyyə Bazarlarına Nəzarət Palatası “AIKON CONSTUCTİON” MMC-ni də cərimələyib.

Banker.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilən valyuta vəsaitinin müqabilində müəyyən edilən müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilən valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib.

Bu inzibati xətaya görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

“AIKON CONSTUCTİON” MMC-nin Nəsimi Rayon Məhkəməsinin qərarından verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, bu şirkətin təsisçisi Nəsibov Emin Saday oğludur. Bakı Ağ Şəhər Tikilisində fəaliyyət göstərir. Təsisçi 2015-ci ildə Azərbaycan Prezidenti tərəfindən inşaat işçiləri üzrə “Əməkdar Mühəndis” fəxri adı ilə təltif edilib.

Son xəbərlər
Digər xəbərlər