13 C
Baku
Friday, April 26, 2024

“McDonald’s” bu adla yenidən Rusiyaya qayıtdı

İyunun 12-si Moskvada Amerikanın “McDonald’s” şəbəkəsinin yenilənmiş ilk restoranı açılıb.

Bu barədə məlumatı şirkətin baş direktoru Oleq Paroev mətbuat konfransında açıqlayıb.

Onun sözlərinə görə, restoran indi “Dadlıdır və nöqtə” (“Вкусно и точка”) adlanır.

Sözügedən restoran tarixi məkanda, yəni Puşkin meydanında açılıb. Belə ki, 1990-cı illərdə ilk “McDonald’s” restoranı məhz burada açılıb.

Paroev qeyd edib ki, hər həftə 50-100 restoranın işinin bərpa olunması planlaşdırılır.

Restoranın menyusu bir-iki dəyişiklik edilməklə saxlanılıb.

Xatırladaq ki, Rusiya Ukraynaya qarşı hərbi əməliyyata başladıqdan sonra bir neçə xarici şirkət kimi, “McDonalds” da mart ayının əvvəlində Rusiyada yerləşən bütün restoranlarını müvəqqəti olaraq bağladığını bəyan etmişdi. Burada söhbət şirkətin Rusiyada fəaliyyət göstərən ümumilikdə 850 restoranından gedir. Bir müddət əvvəl isə “McDonald’s” şirkətinin restoranlarının iyun ayının ortalarında Rusiyada yeni brend adı altında yenidən açılacağı barədə məlumat yayılıb.

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər