17 C
Baku
Sunday, May 5, 2024

McDonald’s İsraildəki 30 illik franşizanı geri alır

McDonald’s İsraildə 225 restorandan ibarət 30 illik franşizanı geri aldığını açıqlayıb. Qeyd edək ki, İsrailin McDonald’s restoranlarında 5 mindən çox insan çalışır. Onun restoranlarını İsraildə “Alonyal”  şirkəti idarə edir.

“Al Jazeera” bildirir ki, qərar “Alonyal”ın HƏMAS hücumundan qısa müddət sonra İsrail hərbçilərini pulsuz yeməklə təmin etdiyini açıqlayandan sonra qəbul edilib. Oktyabrdan dekabr ayına qədər McDonald’s-ın Yaxın Şərq, Çin və Hindistanda satışları cəmi 0.7% artıb ki, bu da bazar gözləntilərindən 5.5% aşağıdır.

Tərəflər sövdələşmə başa çatdıqdan sonra işçilərin iş yerlərini qoruyacaqlarını bildiriblər, lakin McDonald’s və “Alonyal” müqavilənin şərtlərini açıqlamayıblar.

Son xəbərlər
 ⁠
Digər xəbərlər