8 C
Baku
Friday, December 13, 2024

“McDonald`s” Qazaxıstanda fəaliyyətini dayandırır

Qazaxıstandakı bütün “McDonald`s” restoranları noyabrın 18-dən etibarən fəaliyyətini dayandıracaq. Bu, respublikaya məhsul tədarükünün məhdud olması ilə əlaqələndirilir, Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Şirkət fəaliyyətini mümkün qədər tez bərpa etmək üçün hər cür səy göstərir. Restoranların açılma vaxtı daha sonra açıqlanacaq”, – mesajda deyilir.

Amerikanın “McDonald`s” şəbəkəsi Qazaxıstanda altı ildən artıqdır ki, fəaliyyət göstərir. Ölkədə 2 minə yaxın işçisi olan 24 restoran fəaliyyət göstərir. Şirkətin Qazaxıstan, Belarusiya və Rusiyanın bir sıra regionlarında franşizalarına sahib olan Kairat Boranbayev mart ayında mənimsəmə ittihamı ilə həbs edilib. Belarusda şirkət “Vkusno i toçka” adı altında işləyəcək.

Son xəbərlər
Digər xəbərlər