10 C
Baku
Friday, December 13, 2024

McDonald’s Qazaxıstandan gedir – “Bloomberg”

“McDonald’s” korporasiyası Ukrayna müharibəsi ilə bağlı məhdudiyyətlər fonunda ət tədarükündə Rusiyanı əvəz edəcək ölkə tapılmadığına görə Qazaxıstanı tərk etmək niyyətindədir. Bu barədə “Bloomberg” yazıb.

Qazaxıstanın müəssisələri Moskvaya qarşı tətbiq edilən sanksiyalara məruz qalmasa da, Rusiyanı tərk edən “McDonald’s” yerli françayzi sahibinə rus tədarükçülərindən ət almağı qadağan edib, Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Mənbələrə görə, Qazaxıstan biznesi yerli və ya avropalı tədarükçülərdən ət ala bilmirlər, çünki yüksək qiymətlər və malların daşınması xərcləri zərərlə işləmək demək olardı.

Qeyd edək ki, Qazaxıstandakı franşizanın sahibi Kayrat Boranbayevdir. O, ölkənin keçmiş prezidenti Nursultan Nazarbayevin qohumudur. Kayrat Boranbayev Belarusda da “McDonald’s” franşızasına da sahib olub, lakin 2022-ci ildə tədarük problemlərinə görə lisenziyanı itirib.

Son xəbərlər
Digər xəbərlər