8 C
Baku
Thursday, March 28, 2024

“McDonald’s” Rusiyada $1.2 mlrd. itirib

Rusiya bazarını tərk edən amerikan fastfud şəbəkəsi “McDonald’s” şirkətin 2022-ci ilin ikinci rübü üçün maliyyə hesabatına əsasən, ümumi xərclərini 4.01 milyard dollar olaraq qiymətləndirib.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Rusiya bazarından çıxmaq “McDonald’s”a 1.2 milyard dollara başa gəlib. Şəbəkənin ümumi mənfəəti 3% azalaraq 5.72 milyard dollar olub ki, bu da proqnozlaşdırılan 5.81 milyard dollar səviyyəsindən bir qədər aşağıdır.

İkinci rübün nəticələrinə görə, şirkətin xalis mənfəəti təxminən iki dəfə azalaraq 1.19 milyard dollar təşkil edib.

Mayın 16-da məlum olub ki, fastfud restoranlar şəbəkəsi nəhayət Rusiya bazarını tərk edərək biznesini satacaq. Müəssisələr Alexander Govora məxsus olub və o, onları iyunun 12-də “Vkusno i tochka” adı ilə yenidən işə salıb.

Son xəbərlər
Digər xəbərlər