14 C
Baku
Saturday, April 27, 2024

McDonalds Ukraynadakı restoranlarını yenidən açmağı planlaşdırır

ABŞ-ın məşhur restoranlar şəbəkəsi olan McDonald’s Ukraynada Rusiyanın hücumundan sonra bağladığı bəzi restoranlarını yenidən açmağı planlaşdırdığını açıqlayıb. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Şirkətdən verilən açıqla­mada vurğulanıb ki, Ukray­nada xalqa dəstək onların bir nömrəli prioriteti olaraq qalır: “Ukrayna hakimiyyət orqanları, təchizatçılar və təhlükəsizlik ekspertləri ilə geniş məsləhətləşmələr və müzakirələrdən sonra biz işçilərimizin geri qayıtmaq tələbini nəzərə alaraq, digər müəssisələrin təhlükəsiz şəkildə açıldığı Kiyevdə və Ukraynanın qərbində bəzi restoranların yenidən açılması üçün mərhələli planı həyata keçirmək qərarına gəldik”.

Konkret bir tarix verilməyən açıqlamada, yaxın bir neçə ayda məhsulların restoranlara çatdırılması, mühitin müştərilərə xidmət üçün hazır olması vəziyyətinə gətirilməsi, restoran işçilərinin təkrar geri qaytarılması və işçilərlə müştərilər arasında təhlükəsizliyin təmin edilməsi üçün işlərə başlanıldığı qeyd edilib.

Xatırladaq ki, McDonald’s mart ayında Rusiyanın Ukraynaya hücumundan sonra Ukrayna və Rusiya­dakı bütün restoranlarını bağlamaq qərarına gəlmişdi. Həmçinin şirkət may ayında 30 ildən artıqdır ki, fəaliyyət göstərdiyi Rusiya bazarını tərk edəcəyini açıqlamışdı.

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər