Konsaltinq şirkəti “McKinsey” payıza qədər brendini dəyişəcək, Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir. Bildirilir ki, şirkət öz biznes modelini dəyişəcək və həm də şərikli investor kimi fəaliyyət göstərəcək.
Hazırda “McKinsey”in Rusiya bölməsində 760 nəfərdən 100-ü çalışır, qalanları ABŞ və Avropaya köçüb.
May ayında “McKinsey” Rusiyadakı biznesini yerli tərəfdaşlara satıb. Bu qərar Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlaması fonunda qəbul edilib. Müqavilənin şərtlərinə görə, rus sahibləri yerli müştərilərlə müqavilələrini saxlayıblar, lakin avqusta qədər onlar brend adını dəyişməlidirlər.