Aprelin 15-indən etibarən “McKinsey” beynəlxalq konsaltinq şirkəti Rusiyadan olan müştərilərlə əməkdaşlığı dayandırıb
Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkətin saytında bildirilir.
Martın 3-ü şirkət Rusiyanın dövlət qurumlarına xidmətini dayandırdığını açıqlayıb. Eyni zamanda “McKinsey” Rusiyadakı öhdəliklər tamamlandıqdan sonra burada müştəri xidmətlərinin dayandırılacağını qeyd edib.