10 C
Baku
Wednesday, December 11, 2024

MDB dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının iclasının tarixi bəlli oldu

MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının iclası dekabrın 10-da videokonfrans formatında keçiriləcək. İclasa Özbəkistan sədrlik edəcək.

“İnterfaks”ın məlumatına görə, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti xəbər yayıb.

İclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya Federasiyası, Tacikistan, Türkmənistan və Özbəkistan Xarici İşlər nazirləri iştirak edəcəklər.

Bildirilir ki, iclasda əldə olunan nəticələr və Birlik çərçivəsində qarşılıqlı fəaliyyətin yeni prioritetləri, beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi aparılacaq, həmçinin MDB Dövlət Başçıları Şurasının gözlənilən iclasında imzalanması planlaşdırılan sənədlərin layihələrinin müzakirəsi aparılacaq.

Son xəbərlər
Digər xəbərlər