17 C
Baku
Tuesday, May 21, 2024

MDB ölkələrinin liderlərinin Sankt-Peterburqda qeyri-rəsmi görüşü keçiriləcək

Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin liderləri dekabrın 28-də keçiriləcək ənənəvi qeyri-rəsmi görüş üçün Sankt-Peterburqa gedəcəklər.

Banker.az xəbər verir ki, “Vladimir Putinin təşəbbüsü ilə dekabrın 28-də Sankt-Peterburqda MDB-yə üzv dövlətlərin rəhbərlərinin ənənəvi qeyri-rəsmi görüşü keçiriləcək”, – deyə Kremlin mətbuat xidmətinin mesajında deyilir.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iştirak edəcək.

Xatırladaq ki, daha əvvəl Rusiya xarici işlər nazirinin müavini Serqey Ryabkov Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan səfirlərinin rəhbərlərini Rusiyanın beynəlxalq hüquqi təhlükəsizliyin təmin edilməsinə dair təklifləri barədə məlumatlandırıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər