MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında bir sıra sənədlər imzalanıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, toplantıda MDB-yə üzv dövlətlərin xarici işlər nazirləri tərəfindən “2022-ci ildə MDB-də xalq yaradıcılığı və mədəni irs ilinin qeyd edilməsi ilə əlaqədar Tədbirlər Planının layihəsinə dair Qərar” və “Miqrasiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə dair MDB iştirakçı dövlətlərin rəhbərlərinin bəyanat layihəsinə dair Qərar” sənədləri imzalanıb.