Mediasiya ilə bağlı qüvvəyə minən qərarın tarixi dəyişdirildi

Qərar “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 19 iyun tarixli 133-VIQD nömrəli Qanununun tətbiqinin təmin edilməsi məqsədilə hazırlanıb.

Bu barədə Banker.az Nazirlər Kabinetinə istinadən xəbər verir.

“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliyə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak ilə bağlı olan müddəalar 2020-ci il iyulun 1-dən yox, 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

Bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli, 16 avqust tarixli 360 nömrəli və 5 sentyabr tarixli 385 nömrəli qərarlarında qüvvəyə minməsi ilə bağlı dəyişikliklər edilmişdir.

Mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı Qanunla müəyyən olunan prosesdir.