8 C
Baku
Friday, December 13, 2024

Mediasiya nədir?

0

Have a Question?

  • Mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı Qanunla müəyyən olunan prosesdir.
  • tərəflər – hüquqi və fiziki şəxslər (o cümlədən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər), habelə mediasiya prosesinin tətbiqinə razılıq vermiş inzibati orqanlar;
  • mediator – peşəkar əsasda mediasiya prosesinin həyata keçirilməsi üçün tərəflərin cəlb etdiyi və ya mediasiya təşkilatı tərəfindən təyin olunmuş, bu Qanunun tələblərinə cavab verən fiziki şəxs;
  • mediasiya təşkilatı – Qanunun 11.1-ci maddəsində müəyyən edilmiş hüquqi şəxs;
  • mediasiya iştirakçıları – mediator və tərəflər;
  • mediasiyada iştirak edən digər şəxslər – mediasiya prosesində iştirak edən vəkillər, nümayəndələr, tərcüməçilər, ekspert və mütəxəssislər, mediasiya təşkilatının əməkdaşları, habelə tərəflərin razılığı ilə mediasiya prosesində iştirak edən digər şəxslər;
  • barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşma;
  • mediasiya prosesinin tətbiqi barədə müqavilə – mübahisənin (mövcud və ya gələcəkdə yarana biləcək) mediasiya prosesi vasitəsilə həlli üçün tərəflər arasında bağlanan yazılı razılaşma;
  • mediasiyaya dair qeyd-şərt – tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə olan şərt;
  • mediasiya xidmətlərinin göstərilməsinə dair müqavilə – mediator və ya mediasiya təşkilatı ilə tərəflər arasında mediasiya xidmətlərinin göstərilməsi üçün imzalanan yazılı müqavilə;
  • mübahisə – tərəflər arasında yaranmış (və ya yarana biləcək) bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mübahisə.