6 C
Baku
Sunday, December 15, 2024

Medvedev: “ABŞ-ın Rusiyadan sonrakı hədəfi Çin olacaq”

“Son 30 ildə ABŞ-ın primitiv oyununun məqsədi Rusiyanı düşmən kimi göstərmək idi, daha sonra növbə Çinə gələcək, bu isə ağır böhrana və nüvə partlayışına səbəb olacaq”.

Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev öz Telegram kanalında yazıb:

“Son otuz il ərzində Rusiya ABŞ-ın primitiv oyununun hədəfi olub. Bunun bir izahı var – o, düşməndir. Daha prinsipial ideoloji ziddiyyətlər olmasa belə, SSRİ-nin başqa hansı varisləri var? Bu o deməkdir ki, Rusiya alçaldılmalı, məhdudlaşdırılmalı, sarsılmalı, parçalanmalı və məhv edilməlidir. Yaxın gələcəkdə Avropada və bütövlükdə dünyada bunun reaksiyası necə olacaq? Vacib deyil. Heç kim bu barədə heç vaxt düşünməyib” – deyə o qeyd edib.

Medvedev həmçinin amerikalı tərəfdaşların strategiyasının həyata keçirilməsindən sonra nələrin baş verəcəyini təsəvvür etməyi təklif edib: “İndi təsəvvür edək ki, Amerika qarşıdurmanın bu raundunda uğur qazandı. Ağ Evdən olan dar düşüncəli strateqlər Rusiyada sistemli siyasi və iqtisadi böhrana səbəb oldular. Onlar nəhəng və çox mürəkkəb bir ölkəni zəiflədib, onun parçalanmasına səbəb oldular. Nəticə budur: qeyri-sabit siyasi rejimə, zəif rəhbərliyə, çökmüş iqtisadiyyata, ABŞ və Avropadakı hədəflərə yönəlmiş maksimum sayda nüvə başlıqlarına malik ən böyük nüvə dövləti”.

Medvedevin fikrincə, ABŞ-ın növbəti məqsədi Çinin tamamilə zəiflədilməsi olacaq: “Bundan sonra ciddi qlobal böhrana, enerji və ərzaq tənəzzülünə, bütün kollektiv təhlükəsizlik sistemlərinin sıradan çıxmasına və böyük nüvə partlayışına qədər cəmi bir neçə addım qalıb. Cənablar, belə perspektivi necə bəyənirsiniz? Əla plandır,bravo, Dövlət Departamentinin və Kapitolinin strateqləri! Bravo, K Street-in analitikləri! Bravo, Senatın yaşlı üzvləri, bravo cənab Prezident! Siz artıq öz həyatınızı yaşadınız, qorxmaq olmaz, çünki 80 yaşında heç nə xüsusilə qorxulu deyil”, – deyə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini əlavə edib.

Son xəbərlər
Digər xəbərlər