6 C
Baku
Sunday, December 15, 2024

Medvedev: “Rusiya nüvə silahından istifadə edə bilər”

“Rusiya özünə təhdid hiss edərsə bütün növ silahlardan, o cümlədən nüvə silahından istifadə etməyə hazırdır”.

Bunu Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

O bildirib ki, bu, təhlükəsizlik doktorinalarına uyğundur: “Əgər Kiyev Krıma və ya Rusiyanın daxilinə zərbələr endirərsə, cavab tədbiri kimi hər şey ola bilər. Bu cavab tədbiri sürətli, sərt və qətiyyətli olacaq”.

D.Medvedev, həmçinin söyləyib ki, Ukrayna Krıma zərbələr endirərsə, danışıqlar da olmayacaq.

Son xəbərlər
Digər xəbərlər