4 C
Baku
Sunday, December 4, 2022

Mehriban İmanova Fondun icraçı direktoru təyin edildi – SƏRƏNCAM

Mehriban Natiq qızı İmanova Azərbaycan Elm Fondunun İcraçı direktoru təyin edilib.

Bu barədə Banker.az Azərbaycan Prezidentinin 18 oktyabr 2022-ci il tarixli sərəncamına istinad edir.

Elmin İnkişafı Fondunun işçilərinin say həddi 10 ştat vahidi müəyyən edilib.

12213213

 


Mehriban İmanova (tam adı: Mehriban Natiq qızı İmanova; 26 fevral 1977, Bakı, Azərbaycan) — riyaziyyat üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun rəhbəri.

Mehriban Natiq qızı İmanova 1995-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsininə daxil olmuş və 2001-ci ildə oranı (Hesablama riyaziyyatı ixtisası) fərqlənmə diplomu ilə bitirmirmişdir. 2003–2007-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin aspirantı olmuşdur.2001-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Hesablama riyaziyyatı kafedrasında baş laborant olaraq əmək fəaliyyətinə başlamışdır. 2010-cu ildə namizədlik dissertasiya işini müdafiə edərək riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2009-cu ildən Hesablama riyaziyyatı kafedrasında müəllim, 2016-cı ildən dosent vəzifələrdə çalışıb. 2019-cu ildən isə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilib.

M. N. İmanova 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

2001–2009-cu illərdə BDU, Mexanika-riyaziyyat fakültəsi, Hesablama riyaziyyatı kafedrasında baş laborant;

2009–2013-cü illərdə müəllim,

2013–2016-cı illərdə dosent əvəzi ç.

2016-cı ildən hal-hazıradək, BDU-nun Hesablama riyaziyyatı kafedrası, Mexanika-riyaziyyat fakültəsinin dosentidir.

20 sentyabr 2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban İmanova Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilib.

Mehriban İmanova ailəlidir, iki övladı var.

 

Son xəbərlər
Digər xəbərlər
X