9 C
Baku
Thursday, December 12, 2024

Meksika Ekvadorla bütün diplomatik əlaqələri kəsib

Ekvador polisi Meksikanın bu ölkədəki səfirliyində əməliyyat keçirib.

Bu barədə Meksikanın xarici işlər naziri Alisiya Barcena “X” platformasında məlumat yayıb.

O , qeyd edib ki, əməliyyat zamanı meksikalı diplomatlar yaralanıb.

“Diplomatik münasibətlər haqqında Vyana Konvensiyasının kobud şəkildə pozulmasını və Ekvadorda meksikalı diplomatik personalın aldığı xəsarətləri nəzərə alaraq, Meksika Ekvadorla diplomatik münasibətləri dərhal kəsdiyini elan edir”, – nazir vurğulayıb.

Qeyd edək ki, Meksika Səfirliyinə polis hücumu Ekvadorun korrupsiyada ittiham olunan keçmiş vitse-prezidenti Xorxe Qlasın sözügedən binada gizlənməsi olub.

Polisin məlumatına əsasən, Meksika səfirlik binasına sığınan X.Qlasa siyasi sığınacaq vermək niyyətində olub. Bu faktı Meksikanın Xarici İşlər Nazirliyindəki mənbə də təsdiqləyib.

Ekvador hökuməti rəsmi Mexikonun bu addımını qanunsuz adlandırıb. Bildirilib ki, Xorxe Qlas hüquq-mühafizə orqanlarına təhvil verilməli və məhkəməyə çıxarılmalıdır.

Xatırladaq ki, keçmiş vitse-prezident sözü gedən ittiham üzrə təqsirli bilinərək, 2017-2022-ci illərdə məhbəs həyatı yaşayıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər