Banker.az saytının xarici KİV-nə istinadən verdiyi xəbərə görə, Meksikanın Pemex neft şirkəti 4,25 milyon avroya ölkə bazarı üçün rekord hesab edilən istiqrazlar buraxdı. İstiqrazların ödəmə müddəti müvafiq olaraq 2021, 2024 və 2028-ci illərdə başa çatır.
Bu qiymətli kağızlar üzrə faizlər isə gözləntilərdən daha azdır – 2,512%, 3,839% və 4,979%.
Donald Trumpın ABŞ prezidenti seçilməsinin ardınca Meksika və ABŞ arasında münasibətlərin kəskinləşməsindən sonra indi bazarlar bir qədər özünə gəlməyə başlayıb. Trumpın qələbəsindən sonra Meksika valyutası peso dollar ilə münasibətdə 16% endi. Lakin bu son ay ərzində təqribən 5,6% dirçələ bilib.
2016-cı ilin dekabr ayında Pemex şirkəti 5,5 milyard dollara, mart ayında isə 2,25 milyard avroya istiqraz buraxmışdı.