16 C
Baku
Thursday, April 25, 2024

Melinda Qeyts ilk dəfə ABŞ-ın ən varlı qadınları reytinqinə daxil olub

“Microsoft” korporasiyasının qurucusu Bill Qeytsin keçmiş həyat yoldaşı Melinda Qeyts ilk dəfə ABŞ-ın ən varlı qadınları siyahısına daxil olub.

Banker.az xəbər verir ki, ümumilikdə, reytinqdə 56 qadın yer alıb, onların sərvəti 564 milyard dollar olaraq qiymətləndirilir ki, bu da keçən ilin göstəricilərini 100 milyard dollar üstələyir.

“Forbes” jurnalının məlumatına əsasən, ABŞ-ın ən varlı qadını yeddinci il dalbadal “Walmart” imperiyasının varisi Elis Uoltondur (67.9 milyard dollar). “Amazon” şirkətinin qurucusu Ceff Bezosun keçmiş həyat yoldaşı Makkenzi Skott bu siyahıda ikincidir – onun sərvəti 58.5 milyard dollar təşkil edir.

2021-ci ildə ABŞ-ın ən varlı qadınlarının 90%-dən çoxu keçən ilki reytinqin dərc edilməsindən sonra daha da varlanıb. Pul ekvivalentində ən çox “Fidelity Investments”ın baş direktoru Ebiqeyl Conson (25.2 milyard dollar) qazanıb.

Sərvət artımına görə həmçinin “Apple” korporasiyasının qurucusu Stiv Cobsun dul həyat yoldaşı Loren Pauell Cobs liderlər sırasındadır. Onun sərvəti “Apple” (66%) və “Disney” (53%) səhmlərinin bahalaşması hesabına artıb.

ABŞ-ın ən varlı qadınlarının ümumi sayı son bir ildə dəyişməsə də, dörd nəfər reytinqi tərk edib. Onlardan biri sərvəti 2.6 milyard dollar olaraq qiymətləndirilən teleaparıcı Opra Uinfridir.

Sərvətini təkbaşına qazanan qadınlar arasında ən varlısı Dayan Hendriksdir – onun sərvəti 11 milyard dollar olaraq qiymətləndirilir. Qeyd etmək lazımdır ki, Amerikanın ən varlı qadınlarının yeni reytinqi etnik və mədəni müxtəlifliklə öyünə bilməz. Belə ki, etnik azlıqların yeganə nümayəndəsi 4.1 milyard dollar sərvəti olan “SHI International” IT şirkətinin baş direktoru Tay Lidir.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər