Mif: İnsanlara həqiqəti demə, onlar səni aldadacaq
Əksər şirkətlərdə olduğu kimi yetmişinci illərdə Melrose Park-da da düzgünlük yaxşı qarşılanmırdı. Insanlar yalnız bir prinsipə əməl edirdilər: “Öz canını qurtar”. Əgər montaj üçün detalların əldə edilməsi sizin öhdəliyinizə daxil idisə, onda siz heç bir halda malgöndərənləri məhz nə vaxt və nə qədər detalın lazım olduğu barədə məlumatlandırmalı deyildiniz. Əks halda sən onların əlinə düşəcəkdin. Təcrübəli işə götürənlər belə hesab edirdilər. Onlar məni öyrədirdilər: “Yalan danış, oğlum, yalan danış. Əgər sənin iki həftəlik detalın qalıbsa, onlara de ki, artıq cümə günü bütün detallar bitmiş olacaq”. Elə bir həddə çatmışdı ki, artıq heç kim bir-birinə inanmırdı, bu heç də əbəs yerə deyildi.
Lakin mənim üstünlüyüm ailə və uyğun olaraq məsuliyyətimin olmaması ilə bağlı idi, buna görə də mən həmişə malgöndərənlərə düzünü deyirdim, və mən onlarla nə qədər dürüst idimsə, onlar da bir o qədər çox mənə güvənirdilər. Əvvəl də bildirdiyim kimi mənim ailəm yox idi, ailə yoxdursa məsuliyyət də yoxdur. Ona görə də malgöndərənlər zavodda olan real vəziyyətlə maraqlandıqda, mən onlara düzünü deyirdim. Nəticədə onlar məni pis vəziyyətdə qoymamağa çalışırdılar.
Sexlərdə də eyni hal mövcud idi, heç kim onlara verilən qrafiklərə inanmırdı. Məsələn, qrafikdə qeyd edilib ki, X markasından 50, Y markasından da 50 detal yığmaq lazımdır, lakin X markası üçün detal çatışmır, bu halda işçilər Y markasını ikiqat norma ilə yerinə yetirirlər. Bununla da konveyer işləmiş olur, deməli hər şey qaydasındadır və özünə görə qorxu keçirməyə dəyməz. Bu, hamını yolundan edirdi, xaos hökm sürürdü. Bir dəfə mən dözmədim və gedib uşaqlara dedim ki, bu gündən etibarən əlimizdə olan detallara görə qrafikləri özümüz tərtib edəcəyik. Əgər hansısa detal çatışmasa konveyer fəaliyyətini dayandıracaq.
Hamı çox təəəccüblənmişdi və bu ideyadan imtina etmişdilər. Konveyeri bir dəfə dayandırmağım kifayət etdi və bundan sonra hər şey sürətlə sinxronlaşdı. Nəticədə istehsal artımı müşahidə olundu. Mən işləməyə başlayanda biz gün ərzində 100-ə qədər mühərrik yığa bilirdik. Mən başqa işə keçəndə isə (təxminən bir il sonra) bu rəqəm 300-ə qədər qalxmışdı.
Bundan çox yaxşı dərs çıxardım: yalan və sədaqətsizlik biznes dünyasının ən pis yol yoldaşıdır.
Mif: Yaxşılar ən sonda gəlir
Biznesdə qabağa getmək üçün hansı yuvanın quşu olmaq lazım olduğunu hamı yaxşı bilir. Heç nədən çəkinmək lazım deyil, ağılla hərəkət etmək və sərt despot olmaq lazımdır. Bu belə deyil! Mən zavodda işləyərkən başa düşdüm ki, bahalı avtomobillərdə gəzənlər, nailiyyətlərlə lovğalananlar və təslim olanlar heç vaxt hörmətli işçi hesab olunmur, onlar sadəcə olaraq hakimiyyətdən məhrum edilərək cəzalandırılırlar.