13 C
Baku
Cümə axşamı, Oktyabr 21, 2021

“Meqa Həyat Sığorta” İcbari Sığorta Bürosunun reyestrinə daxil edilib

faizlere

“İcbari Sığortalar Haqqında” qanunun tələblərinə uyğun olaraq “Meqa Həyat Sığorta” ASC İcbari Sığorta Bürosunun (İSB) iştirakçılarının reyestrinə daxil edilib.

Banker.az xəbər verir ki, bu barədə Bürodan bildirilib.

Məlumata görə, iştirakçı sığortaçılarla İSB arasındakı qarşılıqlı münasibətlər, o cümlədən sığortaçının Büronun fəaliyyətində iştirakı, onun qarşısındakı hesabatlılığı, məlumatların təqdim edilməsi və digər məsələlər müvafiq qanunvericilik və Büronun nizamnaməsinə uyğun olaraq aparılır.

Xatırladaq ki, sığortaçının istənilən sığorta növü üzrə fəaliyyət göstərməsi üçün “Sığorta fəaliyyəti haqqında” və “İcbari sığortalar haqqında” qanunun tələblərinə bağlı olaraq nəzarət orqanı tərəfindən icazə verilməldir.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər