17 C
Baku
Thursday, May 2, 2024

“Meqa Həyat” sığorta şirkətinin İdarə Heyətinin üzvlərindən biri vəzifəsindən ayrılıb

“Meqa Həyat” ASC-nin İdarə Heyətinin üzvlərindən biri vəzifəsindən ayrılıb.

Banker.az xəbər verir ki, bu, Tural Məmmədxanov Əhmədxan oğludur. Bununla belə, T.Məmmədxanov hazırda şirkətin baş mühasibi vəzifəsində fəaliyyətini davam etdirir.

Sığorta şirkətinin İdarə Heyəti bir sədr Emil Ağamalıyev İsbəndiyar oğlu və bir müavin  Cəmil Nəzərov Məhəmməd oğlundan ibarətdir.

Xatırladaq ki, “Meqa Həyat Sığorta” 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 11 milyon manatdır. Şirkətin səhmdarı 100% payla “Meqa Sığorta”dır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər