17 C
Baku
Thursday, May 2, 2024

“Meqa Həyat Sığorta”nın xərcləri 2 dəfədən çox artıb

“Meqa Həyat Sığorta” ASC 2022-ci ili 574 min manat mənfəətlə başa vurub. Şirkət 2021-ci ildə 182 min manat mənfəət etmişdir ki, bu da illik müqayisədə 3.2 dəfə artım deməkdir.

Banker.az bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Meqa Həyat Sığorta”nın cəmi gəlirləri 2 milyon 230 min manat, cəmi xərcləri isə 1 milyon 513 min manat təşkil edib. 2021-ci ildə isə sığorta şirkətinin cəmi gəlirləri 952 min manat, cəmi xərcləri isə 724 min manat olub.

Bu il yanvarın 1-nə “Meqa Həyat Sığorta”nın aktivləri 19 milyon 629 min manat olub ki, bu da 1 il əvvələ 62% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 16 dəfə artaraq 7 milyon 527 min manata, balans kapitalı isə 4% artaraq 12 milyon 102 min manata çatıb.

m1 m2

Son xəbərlər
 ⁠
Digər xəbərlər