7 C
Baku
Thursday, December 12, 2024

“Meqa Sığorta” və “Meqa Həyat Sığorta” şirkətlərinin rəhbərləri dəyişib

“Meqa Sığorta” ASC və “Meqa Həyat Sığorta” şirkətlərinin rəhbərləri dəyişib.

Bu barədə sığorta şirkətindən bildirilib. Qeyd edilib ki, mayın 8-də hər iki şirkətin Direktorlar Şurasının yığıncağı keçirilib. Şirkətin yeni strateji inkişaf planlarına uyğun olaraq Uğur İbrahimli “Meqa Sığorta” ASC-nin İdarə Heyətinin sədri, Emil Ağamaliyev isə “Meqa Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifələrinə təyin edilib.

Qeyd edək ki, Uğur İbrahimli 15 ildən artıqdır ki, sığorta sektorunda çalışır. 2006-2014-cü illərdə Atəşgah sığorta şirkətində anderraytinq və təkrarsığorta üzrə müxtəlif vəzifələrdə, 2015-2021-ci illərdə “Meqa Sığorta” ASC-də İdarə Heyətinin sədr müavini, 2021-ci ildən son təyinatına qədər “Meqa Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifələrini icra edib.

Emil Ağamaliyev isə 2010-cu ildən sığorta sektorunda fəaliyyət göstərir. 2010-2021-ci illərdə “Meqa Sığorta” ASC-də anderraytinq və aktuariat üzrə müxtəlif vəzifələrdə, 2021-2023-cü illərdə “Meqa Həyat Sığorta” ASC-də İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, “Meqa Sığorta” ASC 2010-cu ildən, “Meqa Həyat Sığorta” ASC isə 2021-ci ildən fəaliyyət göstərir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər