7 C
Baku
Sunday, December 15, 2024

“Meqa Sığorta” və “Qala Həyat”ın yığımları azalsa da, ödənişləri 2 qat artıb

2 sığorta şirkətinin yığımları azalıb, ödənişləri isə artıb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2020-ci ilin mart ayında “Meqa Sığorta” tərəfindən 7 milyon 364 min manat sığorta haqqı hesablanıb və bu da 2019-cu ilin eyni dövrüylə müqayisədə 15% azalma deməkdir. “Meqa Sığorta” şirkəti 2019-cu ilin mart ayında 8 milyon 624 min manat sığorta haqqı yığmışdır.

Sığorta haqlarının azaldığı bir ildə “Meqa Sığorta” şirkətinin sığorta ödənişləri artıb. 2019-cu ilin martında 678 min manat təşkil etmiş sığorta ödənişləri 2020-ci ildə 1 milyon 114 min manata yüksəlib və yaxud 2 dəfə artıb.

2020-ci il mart ayında “Qala Həyat”ın sığorta yığımları 2 milyon 393 min manat, sığorta ödənişləri isə 1 milyon 450 min manat təşkil etmişdi. Beləliklə, illik müqayisədə şirkətin yığımları 7,2% azalıb, ödənişləri isə 2,3 dəfə artıb.

Son xəbərlər
Digər xəbərlər