17 C
Baku
Saturday, May 4, 2024

“Meqa Sığorta”nın maliyyə durumu bəlli oldu

“Meqa Sığorta” 2020-ci ili 5 milyon 727 min manat xalis mənfəət ilə başa vurub. 2019-cu ildə isə şirkətin mənfəəti 3 milyon 533 min manat olmuşdur. Belə ki, cari ildə “Meqa Sığorta”nın mənfəəti 2 dəfəyə yaxın artıb.

Banker.az bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.

2020-ci ildə “Meqa Sığorta”nın gəlirləri 32 milyon 318 min manat, xərcləri 25 milyon 159 min manat olub. 2019-cu ildə isə sığorta şirkətinin gəlirləri 22 milyon 163 min manat, xərcləri 17 milyon 547 min manat təşkil edib. İllik müqayisədə “Meqa Sığorta”nın gəlirləri 46% artıb, xərcləri isə 43% artıb.

Bu il yanvarın 1-nə “Meqa Sığorta”nın aktivləri 50 milyon 247 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 13% çoxdur. Ötən il “Meqa Sığorta”nın aktivləri 44 milyon 427 min manat olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər